aliyev-neft-terminal

İngilis qəzeti: Neftin ucuzlaşması Əliyev idarəçiliyinə təhlükə yaradıb

finansial-times«The Financial Times» qəzeti Azərbaycandan çıxarılan valyutaya qoyulan 20 faizlik vergidən bəhs edir. Müəllif Jack Farchy bunu keçmiş sovet regionunda atılmış ən kəskin addım sayır:

«İndiyədək neft sərvəti Əliyev ailəsinin avtoritar idarəçiliyini möhkəmləndirib. Ancaq neftin ucuzlaşması elə yönəltmə şəklinə təhlükə yaratmaqdadır. Dünya Bankı bu il iqtisadi artımın 0.8 faiz olacağını proqnozlaşdırır ki, bu da kəskin düşüş deməkdir».

«Prezident Əliyev hazırda bilinməz ərazidədir», – GPW risk araşdırma qrupunun təhlilçini Livia Paggi belə düşünür və sözünə davam edir: «Hökumət adi vasitələrlə durumu sabitləşdirə bilmədi. İndi də xarici valyuta əməliyyatlarını öldürməklə valyuta sabitliyini bərpa etməyə çalışır».

«KAPİTALA ELƏ NƏZARƏT…»

Yazıda qeyd olunur ki, Azərbaycandakı böhran ixracının 95 faizi neftdən asılı ölkənin neftin ucuzlaşmasına gec reaksiyasına yaxşı misaldır. Rusiya 2014-cü ilin noyabrında üzən məzənnəyə keçdi, Qazaxıstan ötən avqustda. Bakı isə dekabrdakı sarsıdıcı devalvasiyadan bir neçə gün əvvələdək manatın sabitliyini saxlaya biləcəyində israr edirdi:

«Xarici şirkətlər kapitala elə nəzarəti, çətin, xoş qarşılayalar. Ancaq yanvarın 19-da qəbul edilən yeni qaydanın BP kimi böyük investorlara şamil olunacağı bəlli deyil… Kapitala nəzarət məsələsini regionda digər ölkələr də qaldırıb, ancaq rədd olunub. Axı investisiya mühitinə uzunmüddətli ziyan vura bilər. Amma Türkmənistan da ötən həftə xarici valyuta satışını məhdudlaşdırıb. Bu ölkə ötən yanvarda 19 faizlik devalvasiyaya gedib, sonradan milli pulu yenə zəifləsə də, Azərbaycan kimi dirəşib».

Yanvarın 19-da «Valyuta tənzimlənməsi haqqında» qanuna düzəlişlər investisiya qoyuluşu, qiymətli kağızlar, daşınmaz əmlak və torpağın alınması məqsədilə bir il ərzində çıxarılan 50 min dollardan yuxarı valyutanın həcmindən 20 faiz vergi tutulmasını nəzərdə tutur. (azadliq.org)