İlkka Kanervanın yanvarın 24-25-də Azərbaycanda səfərdə olacağı gözlənilir.
Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın bildirdiyinə görə, ATƏT Parlament Assambleyasının sədri yanvarın 24-25-də Azərbaycana gələcək.
Səfər çərçivəsində qonağın Milli Məclisdə və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.
Görüşlərdə ATƏT PA ilə münasibətlər, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolu və digər məsələlər müzakirə olunacaq.
(apa)