Kürdə adam batıb

KurYanvarın 20-də Kür çayının Ağcabədi rayonu ərazisindən keçən hissəsində 1 nəfər batıb.

Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, xilasedicilər hadisə yerinə gediblər.

Batan adamın şəxsiyyəti barədə məlumat verilmir.