Azərbaycanda ən çox qəza olan şəhər açıqlandı

qeza“AXA MBASK” sığorta şirkəti ötən il baş verən qəzaların sayını açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, avtomobillərin həm icbari, həm də könüllü sığortası üzrə 5396 avtomobil qəzası baş verib. Qəzaların 76,7 %-i Bakının, 5,7 %-i Abşeron rayonunun, 4,1 % isə Sumqayıt şəhərinin, qalan hissəsi isə 7 rayonun payına düşür.