Hökumət yenə oliqarxları əhalidən üstün tutdu

milli-meclis1

Milli Məclis dollarla kreditlərin ödənilməsi ilə bağlı məsələyə dair qərarın qəbulunu təxirə saldı; Elman Rüstəmov isə «nala-mıxa» vurdu

Milli Məclisin dünən keçirilən növbədənkənar iclasında əhalinin banklara dollar kreditlərinin ödənilməsi ilə bağlı məsələyə dair qərarın qəbulu təxirə salınıb.

Iclasda səsləndirilən fikirlərə görə, ilk növbədə bank sisteminin işi tənzimlənməli və bu sektorda sabitlik yaranmalıdır. Virtualaz.org-un məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, yalnız bundan sonra dollarla olan kreditlərin ödənilməsi məsələsinə baxmaq olar. “Hazırda böhrandır. Qoyun, banklar normal fəaliyyət göstərsin, kreditlərlə bağlı məsələlər isə gələcək perspektivdə müzakirə oluna bilər”, – deyə parlamentin spikeri bildirib.

Mərkəzi Bankın Idarə Heyətinin sədri Elmar Rüstəmov da dollarda kredit götürən borclananlara güzəşt edilib-edilməyəcəyinə aydınlıq gətirib. APA-nın xəbərinə görə, Elman Rüstəmov bildirib ki, hal-hazırda bu məsələ “bizim iqtisadi komandanın gündəliyinə daxildir və müzakirə olunur”.

Müxbirin “5 000 dollaradək olan kreditlər köhnə məzənnə ilə ödənilə bilərmi?” sualına baş bankir bu cür cavab verib: “5 000 dollaradək kredit götürən müştərilərəəyyən güzəştlər ola bilər. Ilkin hesablamalara görə, söhbət 250 milyon manatdan gedir. Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyini tapılmasıdır. Bu təkcə Mərkəzi Bankın səlahiyyətinə aid olan məsələ deyil, buna bütövlükdə Azərbaycanın iqtisadi komandası qərar verməlidir”.

Göründüyü kimi hökumətin bu məsələdə vətəndaşlara güzəşt etmək niyyəti yoxdur. Bunun da əsas səbəbi Azərbaycanda fəaliyyət göstərən bankların məmur-oliqarxlara məxsus olmasıdır. Məlumat üçün deyək ki, Ukrayna və Qazaxıstan hakimiyyətləri inkişaf nağılları danışan Azərbaycan iqtidarından fərqli olaraq vətəndaşların dollarla kreditlərini köhnə məzənnə ilə ödəmələrini təmin edib.