Hakimiyyəti dövründə 638 dəfə sui-qəsd cəhdilə qarşı-qarşıya qalan Fidel Kastro bununla da “Ginnesin Rekordlar Kitabı”na adını yazdırıb. O, “ən çox sui-qəsdə məruz qalan adam” kimi dünyada birincidir.
Yeri gəlmişkən, Fidel Kastro Kubada 1959-cu ildən 2006-cı ilə qədər iqtidarda olub və vəzifəsindən səhhətilə bağlı problemlər üzündən gedib. Məlumata görə, Kastronu öldürmək üçün təşkil edilmiş sui-qəsdlərdə müxtəlif üsullardan istifadə olunub. Sərrast atıcılardan tutmuş, ayaqqabısına yerləşdirimiş partlayıcı, siqaretə qatılmış zəhər, beyzbol topuna yerləşdirilmüş kiçik ölçülü bombaya qədər ən müxtəlif üsulları sadalamaq olar. Amma sui-qəsdlərin hamısı uğursuzluqla nəticələnib.