“Qurdlar Vadisi”nin Halo dayısı öldü

Azərbaycanda da maraqla izlənən “Kurtlar Vadisi” teleserialının əsas qəhrəmanlarından biri dünyasını dəyişib. Serialın “Halo dayı” adlı qəhrəmanı, aktyor Sönməz Atasoy ötən həftə çəkiliş zamanı infart keçirib. Aktyor bir həftə xəstəxanada müalicə edilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Reanimasiyada olan tanınmış aktyorun gecə saatlarında səhhəti bir azda pisləşib və o keçinib.