Fuad Qəhrəmanlıdan istintaqa etiraz

fuad-qehremanli-enyeniBu gün Kürdəxanı istintaq təcridxanasında AXCP sədrinin müavini, vicdan məhbusu Fuad Qəhrəmanlı ilə bağlı istintaq hərəkəti aparılıb. Bu haqda vəkil Nemət Kərimli məlumat verib. Nemət Kərimli bildirib ki, Fuad Qəhrəmanlının işi Nardaran hadisələri ilə bağlı qaldırılmış cinayət işi ilə eyni icraatda aparılır. Bu gün ona həmin cinayət işi üzürə digər təqsirləndirilən şəxslər barədə müxtəlif ekspertizaların qərar və rəyləri elan olunub. Fuad Qəhrəmanlı isə həmin sənədləri ona aid olmadığı üçün imzalamaqdan imtina edib.