“Onu Amerika xüsusi təyinatlıları öldürdü”
Ötən gün vətəndaşların suallarını cavablandıran Rusiyanın baş naziri Vladimir Putin Liviyanın devrilmiş diktatoru Qəzzafinin ölümü ilə bağlı şok iddia səsləndirib. Putin bildirib ki, Qəzzafini ABŞ-ın xüsusi təyinatlıları öldürüb.
“Bu işi kim etdi? Amerikanın pilotsuz təyyarələri onun konvoyuna hücum çəkdi. Yəni Amerika qüvvələri. Xüsusi təyinatlıları ora çağırdılar – onsuz da orada olması lazım olan dəstəni… Liviyalı inqilabçılar və ya müxaliflər deyə adlandırılan şəxsləri oraya gətirdilər və onu mühakimə etmədən öldürdülər”, – deyə Putin iddia edib.


