20-25 yaşında gənc qadın Bakıda Milli Parkın ərazisində özünü dənizə ataraq intihar etmək istəyib. Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə əsasən, hadisə ötən şənbə günü, yanvarın 16-da baş verib. Intirahara cəhd edən gənc qadın sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Bakıda növbəti intihara cəhd hadisəsi Nəsimi rayonu ərazisində yerləşən 1 saylı şəhər Kliniki Tibbi Mərkəzdə (keçmiş Semaşko) qeydə alınıb. “Report”un məlumatına görə, xəstəxanada müalicə olunan Zeynal Zeynalov özünü beşinci mərtəbədən atıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər. Hadisə ilə bağlı araşdırmalar aparılır.
Daha bir intihara cəhd Suraxanı rayonu, Zığ qəsəbəsində bir neçə gün öncə baş verib. “Qafqazinfo”nun məlumatına görə, Qəsəbə sakini, ruhi xəstə olan 1993-cü il təvəllüdlü A.Y məscidin həyətinə gələrək orada intihar məqsədi ilə sol qolunun bilək nahiyəsini bıçaqla kəsib. A.Y yaralı vəziyyətdə 22 saylı Təcili Tibbi Yardım Stansiyasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.
Araşdırma aparılır.
Mingəçevir şəhərində də intihara cəhd hadisəsi baş verib. Hadisə Mingəçevir şəhəri ərazisindən keçən Kür çayı üzərindəki körpüdə qeydə alınıb. APA-nın məlumatına görə,
Şəmkir rayonu Çənlibel kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynova Səbinə Hüseyn qızı özünü Kür çayına ataraq intihar etmək istəyib.
Yaxınlıqdakı insanların köməyi ilə qadın qısa vaxt ərzində sudan çıxarılaraq Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib.
Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
Göyçayda isə gənc qız özünü asaraq intihar edib. APA-nın məlumatına görə, şəhərin Nəriman Nərimanov küçəsi, 130 ünvanında yerləşən evin həyətindəki yardımçı tikilidə 19 yaşlı Aytac Yusifli özünü asaraq intihar edib. Hadisənin səbəbləri hələ ki məlum deyil. Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma başlayıb.