Ruhuna dön, baxım, Bakı…

seadetÜstündəki duman nədi,
dağlara bu ahın, Bakı,
gözlərin Xəzər dolusu,
ruhun darmadağın, Bakı.

Könül yolunda Təbrizmi,
İstanbulmu yaxın, Bakı,
endirilmiş bayraq kimi
getmiş Qarabağın, Bakı.

Şəhidlikdə göy üzünə
kimdir o ağlayan, Bakı,
yalqız çəkilməz bu kədər,
gəl, bir qucaqlayım, Bakı.

Sən nə zəfərlər yaşadın,
ruhuna dön, baxım, Bakı,
yüz yol yazdın, zamanıdır
bir daha yazmağın, Bakı.