Şəkidə cəbhəçilər həbs olundu; başqa rayonlarla partiya fəalları polisə çağırılaraq hədələnib
Azərbaycan hakimiyyəti xalq etirazlarından təşvişə düşüb. Təəssüf ki, hakimiyyət bu dəfə də vəziyyətdən çıxış yolu kimi AXCP fəallarına qarşı repressiya yolunu seçib.
AXCP Şəki şöbəsinin fəalları Yusif Lətifov və Məmməd Balaməmmədov dünən həbs olunub. Cəbhəçi fəallar dünən axşam saatlarında məhkəmə qarşısına çıxarılıb. Şəki Rayon Məhkəməsinin qərarına əsasən, Yusif Lətifova Inzibati Xətalar Məcəlləsinin 310.1-ci (polisə müqavimət) maddəsilə 20, Məmməd Balaməmmədova isə 296-cı (xırda xuliqanlıq) maddəsilə 10 sutka inzibati həbs cəzası verilib.
Bundan başqa, bir sıra rayonlarda AXCP-nin yerli şöbəsinin fəalları polis şöbəsinə çağırılaraq, hədələnib.
AXCP Gənclər Komitəsinin üzvü Turan Ibrahim də küçədə ünvansız söyüş söymə kimi saxta ittihamla saxlanılıb və dünən Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona 7 sutka inzibati həbs cəzası verilib.
İnformasiya şöbəsi