Valyutadəyişmə məntəqələrinin bağlanması dünən də bankların qarşısında böyük növbələrin yaranmasına səbəb oldu. Dünən səhər saatlarında Bakıda “Azər Türk Bank” ASC-nin Nəsimi filialı qarşısında müştəri sıxlığı yaşanıb.
Bankın qarşısında uzun növbə yaranıb. Sıxlığa səbəbsə burada dollar satışı həyata keçirilməsi olub.
Ikinci devalvasiya dalğasından sonra dollara artan süni tələbat bəzi problemlərə yol açıb. Nəticədə, Azərbaycanda fəaliyyət göstərən bəzi banklar və valyutadəyişmə məntəqələri dolların satışını dayandırıb.
Neftin qiymətinin ucuzlaşması, valyutadəyişmə məntəqələrinin bağlanması dolların manata təzyiqini bir qədər də artıracaq.
Nemət Əliyev: “ Belə dövrdə valyutadəyişmə məntəqələrinin sayı azalmamalı, əksinə, artırılmalıdır”
Iqtisadçı Nemət Əliyevin fikrincə, MB-nin valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarı birbaşa “qara bazarın” stimullaşdırılmasına yönələn addımdır. Bundan başqa, yaranmış bu durum iri şirkətlər arasındakı əlaqələr bank sistemini saya almadan həyata keçiriləcək: “Mərkəzi Bankın insanların valyutaya olan ehtiyacını təmin edəcəyinə inam qalmayıb. Böyük dövriyyələr artın bank sistemindən kənar həyata keçirilir. Elə bankların öz işçiləri kənarda bu əməliyyatları həyata keçirəcəklər. Bankların əsas gəliri verdikləri kreditdən əldə olunan gəlirdir. Mərkəzi Bank ötən ili yanvarından bu günə qədər olan müddətdə kommersiya banklarının maliyyə durumu barədə hesabat verməsə də əminliklə demək olar, onların durumu olduqca ağırdır. Banklar, demək olar, kredit resursları yerləşdirə bilmir. Ona görə də banklar üzləşdiyi problemləri qarşılaman gücündə deyil”.
N.Əliyev onu da bildirdi ki, MB-nin qəbul etdiyi qərar “qara bazar”ın maliyyələşməsinə gedir. N.Əliyevin fikrincə, əslində belə bir dövrdə valytudəyişmə məntəqələrinin sayı azalmamalı, əksinə, daha da artırılmalıdır.
Xəyal