İntiqam Əliyev izahat tələb edir

Hüquq müdafiəçisi Azərbaycan XIN-ə və Türkiyə səfirliyinə müraciət edib

Dekabrın 7-də Türkiyənin Istanbul şəhərində polis əməkdaşları tərəfindən saxlanılan Azərbaycan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Intiqam Əliyev Azərbaycan Xarici Işlər Nazirliyinə və Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edib.
Səfirliyə müraciətdə onun Türkiyədən deportasiya olunması məsələsinə aydınlıq gətirilməsi və bununla bağlı aparılan araşdırma barədə ətraflı məlumat verilməsi, Xarici Işlər Nazirliyindən isə bu məsələnin araşdırılması xahiş olunub. I.Əliyev hava limanında döyülməsi və təhqir olunması barədə iddia ilə yaxın günlərdə məhkəməyə müraciət edəcəyini də bildirib.
Qeyd edək ki, I.Əliyev dekabrın 7-də Istanbulun Atatürk Hava Limanında saxlanılaraq Azərbaycana deportasiya olunub.