Bu axşam Avroliqanın qrup mərhələsində sonuncu turun oyunlarına start veriləcək. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 6 qrupda 12 görüş baş tutacaq.
D qrupunun lideri “Sportinq” (Portuqaliya) səfərdə “Latsio”nun qonağı olacaq. Artıq birinciliyi təmin etmiş “Sportinq” üçün bu oyun formal xarakter daşıyır. Növbəti mərəhəyə çıxmağı hədəfləyən “Latsio” isə bu görüşdə mütləq qələbə qazanmalıdır. Qrupun digər matçında isə “Sürix” (İsveçrə) evdə “Vasluy” (Rumıniya) klubunu qəbul edəcək.
Azərbaycan futbolsevərlərinin bütün diqqəti isə yenidən E qrupna yönələcək. Burada Türkiyənin “Beşiktaş” klubu doğma azarkeşləri önündə İngiltərənin “Stok Siti” klubu ilə qarşılaşacaq. Səfərdə keçirilən oyunda rəqibinə 1:2 hesabı ilə uduzan “qara qartal” həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. “Beşiktaş” bu oyunda qalib gəlməklə qrupu lider kimi də başa vura bilər.
Lakin İstanbul təmsilçisi məğlub olacağı təqdirdə qrupda qalmaq təhlükəsi yaşacaq ki, bu da daha çox “Dinamo” (Kiyev) klubunun işinə yarayacaq. Bu tur öz meydanına “Makkabi” (Təl-Əviv, İsrail) klubunu qəbul edəcək “Dinamo” qələbə qazanmaqla yanaşı, “Beşiktaş”ın məğlub olmasını gözləməli olacaq. Məhz belə olan təqdirdə Kiyev təmsilçisi növbəti mərhələyə vəsiqə qazana bilər.
F qrupunda isə PSJ – “Atletik” (Bilbao) matçı böyük maraq doğurur. Bu oyunda qələbə qrup liderliyini təmin etmiş “Atletik”dən daha çox PSJ-yə lazımdır. Növbəti mərhələyə çıxamaq şanslarını saxlayan Paris təmsilçisi bu görüşdə mütləq qələbə qazanmalıdır. Əks təqdirdə isə PSJ mübarizəni dayandırmalı olacaq. Qrupun digər matçında isə “Slovan” (Slovakiya) evdə “Zalsburq”la qarşılaşacaq.
K qrupunda isə “Visla” (Polşa) doğma azarkeşləri önündə qrup lideri “Tvente”ni qonaq edəcək. Hazırda 6 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan Polşa təmsilçisini növbəti mərhələyə adlamaq üçün yalnız qələbə razı sala bilər. Əks təqdirdə bu hüququ İngiltərənin “Fulhem” klubu yiyələnəcək. Aktivində 7 xalı olan “Fulhem” isə bu tur evdə “Odense” (Daminarka) klubunu qəbul edəcək.
Maraqlı görüşlərdən biri də L qrupunda baş tutacaq. Burada qrup lideri Belçikanın “Anderlext” klubu Rusiya “Lokomotiv”i ilə üz-üzə gələcək. Liderliyini qorumaq üçün meydan sahiblərini bir xal da qane edir. Lakin Moskva təmsilçisi isə qrup qalibi olmaq üçün mütləq qələbə qazanmalıdır. Heç-heçə və ya məğlubiyyət “Lokomotiv”i qrup ikincisi edəcək. Qrupun digər matçında isə “Ştrum” (Qraz, Avstriya) evdə AEK-i sınağa çəkəcək.
14 dekabr
Avroliqada qrup mərhələsinin son oyunları
D qrupu
22:00. “Sürix” (İsveçrə) – “Vasluy” (Rumıniya)
22:00. “Latsio” (İtaliya) – “Sportinq” (Portuqaliya)
S |
Komandalar |
O |
Q |
H |
M |
Xal |
1. |
“Sportinq” |
5 |
4 |
0 |
1 |
12 |
2. |
“Latsio” |
5 |
1 |
3 |
1 |
6 |
3. |
“Vasluy” |
5 |
1 |
3 |
1 |
6 |
4. |
“Sürix” |
5 |
0 |
2 |
3 |
2 |
E qrupu
22:00. “Beşiktaş” (Türkiyə) – “Stok Siti” (İngiltərə)
22:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Makkabi” (Təl-Əviv, İsrail)
S |
Komandalar |
O |
Q |
H |
M |
Xal |
1. |
“Stok Siti” |
5 |
3 |
2 |
0 |
11 |
2. |
“Beşiktaş” |
5 |
3 |
0 |
2 |
9 |
3. |
“Dinamo” (Kiyev) |
5 |
1 |
3 |
1 |
6 |
4. |
“Makkabi” (Təl-Əviv) |
5 |
0 |
1 |
4 |
1 |
F qrupu
22:00. PSJ (Fransa) – “Atletik” (Bilbao, İspaniya)
22:00. “Slovan” (Slovakiya) – “Zalsburq” (Avstriya)
S |
Komandalar |
O |
Q |
H |
M |
Xal |
1. |
“Atletik” (Bilbao) |
5 |
4 |
1 |
0 |
13 |
2. |
“Zalsburq” |
5 |
2 |
1 |
2 |
7 |
3. |
PSJ |
5 |
2 |
1 |
2 |
7 |
4. |
“Slovan” (Bratislava) |
5 |
0 |
1 |
4 |
1 |
J qrupu
00:05. “Styaua” (Rumıniya) – AEK (Kipr)
00:05. “Makkabi” (Hayfa, İsrail) – “Şalke” (Almaniya)
S |
Komandalar |
O |
Q |
H |
M |
Xal |
1. |
“Şalke” |
5 |
3 |
2 |
0 |
11 |
2. |
“Makkabi” (Hayfa, İsrail) |
5 |
2 |
0 |
3 |
6 |
3. |
“Styaua” (Buxarest) |
5 |
1 |
2 |
2 |
5 |
4. |
AEK (Kipr) |
5 |
1 |
2 |
2 |
5 |
K qrupu
00:05. “Visla” (Polşa) – “Tvente” (Hollandiya)
00:05. “Fulhem” (İngiltərə) – “Odense” (Danimarka)
S |
Komandalar |
O |
Q |
H |
M |
Xal |
1. |
“Tvente” |
5 |
4 |
1 |
0 |
13 |
2. |
“Fulhem” |
5 |
2 |
1 |
2 |
7 |
3. |
“Visla” (Krakov) |
5 |
2 |
0 |
3 |
6 |
4. |
“Odense” |
5 |
1 |
0 |
4 |
3 |
L qrupu
00:05. “Anderlext” (Belçika) – “Lokomotiv” (Moskva, Rusiya)
00:05. “Ştrum” (Qraz, Avstriya) – AEK (Yunanıstan)
S |
Komandalar |
O |
Q |
H |
M |
Xal |
1. |
“Anderlext” |
5 |
5 |
0 |
0 |
15 |
2. |
“Lokomotiv” (Moskva, Rusiya) |
5 |
4 |
0 |
1 |
12 |
3. |
“Şturm” (Qraz, Avstriya) |
5 |
1 |
0 |
4 |
3 |
4. |
AEK (Yunanıstan) |
5 |
0 |
0 |
5 |
0 |
15 dekabr
A qrupu
22:00. PAOK (Yunanıstan) – “Rubin” (Rusiya)
22:00. “Şamrok Rovers” (İrlandiya) – “Tottenhem” (İngiltərə)
B qrupu
22:00. “Kopenhagen” (Danimarka) – “Standard” (Belçika)
22:00. “Hannover” (Almaniya) – “Vorskla” (Ukrayna)
C qrupu
22:00. “Hapoel” (Təl-Əviv, İsrail) – “Legiya” (Polşa)
22:00. PSV (Hollandiya) – “Rapid” (Rumıniya)
G qrupu
00:05. “Austria” (Avstriya) – “Malmö” (İsveç)
00:05. “AZ Alkmaar” (Hollandiya) – “Metalist” (Xarkov, Ukrayna)
H qrupu
00:05. “Birmingem” (İngiltərə) – “Maribor” (Sloveniya)
00:05. “Brügge” (Belçika) – “Braqa” (Portuqaliya)
I qrupu
00:05. “Atletiko” (Madrid, İspaniya) – “Renn” (Fransa)
00:05. “Udineze” (İtaliya) – “Seltik” (Şotlandiya)