DİN poliklinikasının keçmiş rəisi özü özünü güllələyib

Daxili İşlər Nazirliyinin 2 saylı Poliklinikasının keçmiş rəisi Namiq Ələkbərovun ölümü ilə bağlı iki maddə ilə cinayət işi açılıb. ANS TV-nin hadisə yerindəki müxbirinin verdiyi məlumata görə, Yasamal rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci, yəni özünü öldürmə həddinə çatdırma və 228-ci-qanunsuz olaraq odlu silahları saxlama maddələrilə cinayət işi başlanılıb.

Hadisə yeri Yasama rayon Polis İdarəsinin və Prokurorluğun əməkdaşları tərəfindən müayinə edilib. Həmçinin Namiq Ələkbərovun meyiti müayinə olunub. hadisənin intihar olduğu qənaəti əldə edilib. Namiq Ələkbərov “Makarov” tipli tapança ilə öz alın nahiyəsinə güllə atmaqla intihar edib.

***

Bakıda dəhşətli qətl törədilib. Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Əhməd Cəmil küçəsi, 83 saylı binanın qarşısında naməlum kişi meyiti aşkarlanıb.

Araşdırma nəticəsində meyiti tapılan şəxsin 50 yaşlı Namiq Fikrət oğlu Ələkbərov olduğu müəyyənləşib. Mərhum başından aldığı güllə yarasında ölüb. Meyitin yanında “Makarov” tipli tapança da aşkar edilib.

Prokurorluqdan həmçinin bildirilib ki, N. Ələkbərov Daxili İşlər Nazirliyinin 2 saylı Poliklinikasının rəisi olub, bir neçə il əvvəl o təqaüdə çıxıb.