Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Müsavat Partiyasından verilən məlumata görə, BMCMİ-nin nümayəndələri partiya qərargahına gələrək, bildiriblər ki, idarənin rəisi general Seyfulla Əzimovun Arif Hacılı ilə görüşmək istəyir.
Arif Hacılı bu gün saat 15:00-da BMCMİ-də olub. Müsavat başqanı “Basta” əməkdaşı ilə söhbətində bildirib ki, o BMCMİ-yə vəkil Nemət Kərimli ilə gedib. Orada qurumun rəisi Seyfulla Əzimovla görüşüb. BMCMİ-nin rəisi Arif Hacılıya bildirib ki, onlarda son günlər Siyəzəndə, Lənkəran və digər rayonlarda baş verən kütləvi etiraz aksiyalarının təşkilində Müsavat Partiyasının rolu barədə məlumatlar var. Seyfullah Əzimov bu görüşün məqsədinin həmin məlumatlarla bağlı Müsavat Partiyasına xəbərdarlıq edilməsi olduğunu bildirib.
Arif Hacılı isə ona cavab olaraq bildirib ki, Müsavat Partiyası hələki kütləvi aksiyalar barədə qərar verməyib: “Bildirdim ki, Müsavat Partiyası tərəfindən kütləvi aksiyaların keçirilməsinə dair qərar qəbul edildikdə, bununla bağlı Konstitusiyaya uyğun olaraq müvafiq dövlət orqanlarına rəsmi məlumat veriləcək”.
***
Müsavat başqanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.
Bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndələri Müsavat Partiyasının qərargahına gələrək, partiyanın başqanı Arif Hacılının BMCMİ-yə dəvət olunduğunu bildiriblər.
BMCMİ-nin nümayəndələri qeyd edib ki, idarənin rəisi general Seyfulla Əzimovun Arif Hacılı ilə görüşüb söhbət etmək istəyir. Söhbətin hansı mövzuya aid olduğu deyilməyib.
Arif Hacılı bu gün saat 15:00-da BMCMİ-də olacaq. (bastainfo.com)