Citigroup-un əmtəə araşdırmaları departamentinin başında duran Ed Morze 11 ay əvvəl neftin 20 dollara qədər düşə biləcəyini ilk dəfə tələffüz edəndə, dünya bu iddiaya çox da fikir verməmişdi. Ancaq, neft 30 dolların altını gördükdən sonra artıq bu fikir əhəmiyyət qazanıb.
BP Plc. 4 000 nəfəri işdən çıxaracağını açıqlayarkən, Petroleo Brasileiro SA investisiya planlarında “kəsintiyə” gedəcəyini bildirib. Petroliam Nasional Bhd. isə qarşıdakı illərin şirkət üçün çətin illər olacağını açıqlayıb.
Çərşənbə günü ABŞ-da neftin qiyməti, 12 ildir ilk dəfə 30 dolların altını gördü.
9 Fevral 2015-ci ildə nəşr olunan araşdırma hesabatında neftin “bəlkə də bir müddət 20 dollar səviyyəsinə qədər düşə biləcəyini” yazan Morze, dünyanın artıq hesabatda yazılan vəziyyətlə qarşı-qarşıya olduğunu deyib.
Morze, “20 dollar rəqəmi üzərində danışılması lazım olan bir vəziyyətdir. Hazırda neftin 30 dolların üzərində əməliyyat gördüyünü nəzərə alsaq, 20 dollar ehtimalı olduqca böyükdür. Açıq görünür ki, neft bazarları 30 dolların altında bir qiyməti uzun müddət davam etdirə bilər. Əslində sual odur ki, bu vəziyyət nə qədər davam edə bilər” deyib.
Dünən WTI neftinin barrelinin qiyməti 29.93 dollara qədər geriləyərək Dekabr 2003-dən bu yana ən aşağı səviyyəyə enib.
(marja)