Metroda intihar edən iş axtarırmış

metro-adamlar-yeni

Bu gün Bakı Metropoliteninin “Əhmədli” stansiyasında özünü qatarın altına ataraq intihar edən şəxslə bağlı bəzi məqamlar məlum olub.

Lent.az-ın əldə etidiyi məlumata görə, intihar edən 34 yaşlı Qoşqar Aşurov əslən Qazax rayonundandır və bu rayonda qeydiyyatdadır. O, bir neçə il əvvəl ailəsi ilə birgə Bakıya işləməyə gəlib və burada kirayə yaşayırmış. Bir müddət əvvəl isə Q.Aşurov işsiz qalıb. Q.Aşurovun əksər qohumları rayonda yaşadığı üçün onun barəsində hələlik dolğun informasiya almaq mümkün olmayıb. Onun qardaşı Bakıya çağırılıb. Hadisənin baş vermə şəraitinə gəlincə, bu gün saat 11 radələrində Q.Aşurov metronun “Əhmədli” stansiyasında platformada olarkən qəfil hərəkətlə özünü yaxınlaşan qatarın altına atıb. Stansiyada xidmət aparan polis və qatarı idarə edən maşinist onun intiharına mane ola bilməyiblər. Hadisə vaxtı o qədər dəhşətli mənzərə yaranıb ki, stansiyada olan bəzi sərnişinlər və meyiti götürmək üçün aşağı düşən əməkdaşlar ağır sarsıntı keçiriblər.

Metroda intihar edən şəxsin adı açıqlanıb. “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, intihar edən 1982-ci il təvəllüdlü Aşurov Qoşqar Etibar oğludur.

***

Yanvarın 13-də, saat 11 radələrində Bakı metrosunda intihar hadisəsi baş verib. Metronun “Əhmədli” stansiyasında gənc özünü qatarın altına atıb.

“Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin verdiyi məlumata görə, intihar edən şəxs 1982-ci il təvəllüdlü Qoşqar Etibar oğlu Aşurovdu. O, hadisə yerində dünyasını dəyişib. Hadisənin başvermə səbəbləri araşdırılır.