Siyəzəndə etirazlar davam edir FOTO VİDEO

siyezenSiyəzəndə dekabrın 12-də bahalaşma əleyhinə başlayan etirazlar, bu gün də davam edir. Çox sayda həbs olunanlar var. İnsanlar gecəni də İcra Hakimiyyetinin qarşısında keçirib.

Hal-hazırda Siyəzəndə polislər aksiya iştirakçılarını dağıtmaq üçün rezin güllələrdən istifadə edirlər. Xüsusi təyinatlılar və Daxili doşunlar Siyəzənə yeridilir. Çox sayda PPX və ÇPA-da şəhərin mərkəzinə gətirilib. Aksiya iştirakçıları və polislər arasında mübahisələr davam edir.

Siyəzən şəhər sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, polis qüvvələri hazırda Qalaaltı adlanan əraziyə gedilən yolda əhaliyə hücum edib. Saxlanılanlar var. 

Məktəblilər evə buraxılmır. 6 saylı məktəbin ərazisinə də qaz bombasının atıldığı, uşaqlar arasında zəhərlənənlərin olduğu da deyilir.

Gələn məlumatlar arasında o da bildirilir ki, Şabran əhalisinin aksiyaya dəstək verməməsi üçün yollar bağlanıb