Lənkəranda aksiyadan sonra saxlanılanlar var

lenkeran-etirazYanvarın 12-də Lənkəranın Liman qəsəbəsində keçirilən etiraz aksiyasından sonra AXCP-nin və Müsavatın yerli şöbə sədrlərini polis saxlayıb. Bu barədə rayondakə mənbələr məlumat yayıb.

Məlumtada deyilir ki, AXCP-nin şöbə sədri Nazim Həsənov və Müsavatın yerli rəhbəri İmanverdi Əliyev etiraz aksiyası ilə bağlı təqsirləndirilərək Lənkəran polis şöbəsinə aparılıblar. Daha 4 nəfər aksiya fəalı saxlanılsa da, sonradan buraxılıblar.

Nazim AXCP

Nazim Həsənovun saxlanılmasında səbəb kimi Facebook səhifəsində aksiyanı paylaşması, İmanverdi ƏIliyevin isə Azadlıq radiosuna müsahibə verməsi göstərilib. Yanvarın 13-də Lənkəran rayon Məhkəməsi onların barəsində qərar verəcək.