Rusiyanın Sberbank bankı neft qiymətinin 25 dollara düşəcəyini nəzərdə tutan, 2016-cı ilin balans ssenarisini hesablamağa başlayır, maliyyə qurumunun rəhbəri bildirib.
“30 dollar artıq aktual deyil. Bizim biznes-planda bu pessimistik ssenari idi, ilin əvvəlində isə o reallıq oldu. Əlbəttə ki, biz 25 dolları nəzərdən keçirməyə başlamışıq”, – German Qreff deyib.
Onun sözlərinə görə, qiymət 25 dollar ensə Rusiya valyutasının məzənnəsi təxminən 80 rubla çata bilər.
Çərşənbə axşamı Brent markalı neftin qiyməti 31,5 dollar olub.
Sberbankın rəhbəri deyib ki, neftin qiyməti hazırkı səviyyədə uzun müddət qalmamalıdır, lakin onun kəskin şəkildə artmasını gözləməyə də əsas yoxdur.
“Bu, bizə rahat həyat sürmək üçün heç bir əsas vermir. Mən isə keçmiş həyata qayıdışa inanmıram”, – Rusya bankçısı deyib.
Sberbank Avropanın ən iri banklarından biridir. (bbc)

Rusiya neftin 25 dollara düşməsinə hazırlaşır
•
•