İspaniya şahzadəsi fırıldaqçılıqda ittiham olunur

ispan sahzadeİspaniya şahzadəsi Cristina İspaniyada kraliyyət ailəsindən mühakimə edilən ilk şəxsdir.

O, əri və digər 16 nəfərin iştirakı ilə mənimsəmədə iştirak iddiası ilə ittiham edilir.

50 yaşlı Şahzadə Cristina-nı, təqsirli bilinəcəyi təqdirdə, üç illik həbs cəzası gözləyir.

Palma şəhərindəki məhkəmə prosesi kraliyyət ailəsi üçün utanc hesab edilir.

Şahzadə Cristina Palmadakı məhkəməyə əri İnaki Urdangarin ilə birgə gəlib. Cənab Urdangarin mənimsəmə və çirkli pulların yuyulmasında ittiham edilir.

Onun sözdə qeyri kommersiya təşkilatı olan Noos İnstitutu idman fondundan yerli hakimiyyətlərdən şişirdilmiş müqavilələri qazanmaq üçün istifadə etdiyi iddia olunur.

Noos İnstitute-a ödənilən dövlət vəsaitinin 5,6 milyon avro məbləğində olduğu deyilir.

Şahzadə Cristina fondda idarə heyətinin üzvü olub və cənab Urdangarin-lə birgə Aizoon adlı daşınmaz əmlak şirkətinin sahibi olub.

İttihamçılar bu şirkətdən mənimsənmiş pulların yuyulması üçün istifadə edildiyini bildirirlər.

Prosess 2010-cu ildə Balearic Adaları rəsmiləri arasında korrupsiyanı araşdıran hakim tərəfindən başladılıb.

Keçən il Kral Felipe bacısını Palma Hersoginyası titulundan məhrum edib. Lakin o hələ də taxta altıncı namizəd olaraq qalır.

 

(bbc azəri)