Sumqayıtda “Niva” markalı maşın gölə düşüb. Sürücü boğulub ölüb.
Maşın Hacı Zeynalabdin qəsəbəsindəki gölə düşüb.
Xilasedicilər suda batmış 1988-ci il təvəllüdlü Anar Həsənovun cəsədini və maşını batdığı yerdən çıxarıb.
Xəbəri Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.