Azərbaycan elminə ağır itki üz verib

RamazanBiologiya elmləri doktoru Əliyev Ramazan Alı oğlu dünyasını dəyişib.

Professor Ramazan Əliyev 1951-ci ildə Qazax rayonunda anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib.

Professor Ramazan Əliyevin namizədlik (PHD) dissertasiyasının mövzusu “Kür çayı nizama salındıqdan sonra Hacıqabul və Naxalıqçala göllərinin dib faunası”, doktorluq dissertasiyasının mövzusu isə “Azərbaycanın şirinsu hövzələrinin amfipodları (növ tərkibi, ekologiyası, biologiyası, mənşəyi və əhəmiyyəti)” elmi işləri olub.

Alimin çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 110, xaricdə çıxmış elmi əsərlərinin sayı isə 3-dür.

Allah rəhmət eləsin!