Yaponiyada fəaliyyət göstərən “Sugamo Şinkin” bankı öz dizaynı ilə darıxdırıcı və donuq bank anlayışını alt-üst edir.
Memarlıq şirkəti bu əyləncəli görünüşüylə bankın daha çox müştəri cəlb edəcəyini düşünür. Bankın xarici görünüşü necə rəngarəngdirsə, onun içərisi də eyni harmoniyanı daşıyır. Dizaynerlər rənglərin vəhdəti üçün oturacaqların da müxtəlif rənglərdə olmasına üstünlük veriblər.