Gəncə şəhər N.Nərimanov küçəsi, bina 31, mənzil 30-da yaşayan Jalə Nağıyeva “Azadlıq”a müraciət edib. Onun sözlərinə görə, 2 övladı Gəncə şəhər 28 saylı orta məktəbdə təhsil alır.
Jalə Nağıyeva iddia edir ki, məktəbə yeni təyin olunan direktor Rəna Ismayılova dekabrın 9-da onun təhqir edərək itələyib. Nəticədə Jalə Nağıyev yerə yıxılaraq huşunu itirib: “Direktor məktəbin ayaqyolunu qapadıb. Mənim y-ci sinifdə oxuya oğlum da özünü saxlaya bilməyib. Uşaq üçün dəyişək gətirmişdim. Direktorla bu məsələ üstündə mübahisəm düşdü. O da məni təhqir edərək itələdi. Huşumu itirdim Gəncə Təcili Tibbi Yardım Stansiyasının tibb işçiləri hadisə yerinə gələrək mənə ilkin yardım göstərəndən sonra özümə gəldim”.
Jalə Nağıyeva deyir ki, direktor məktəbdə təmir getdiyini əsas gətirərək ayaqyolunu bağlayıb: “Yeri gəlmişkən, Rəna Ismayılova məktəbi ”daxili imkanlar” hesabına təmir elətdirir. Yəni, həm kollektivdən, həm də validyenlərdən buna görə pul yığır. Özü də məktəbi idarə edən onun yoldaşı Ramiz Ismayılovdur. O, validyenlərə hədə-qorxu gəlməkdən belə çəkinmir”.
Şikayətçi deyib ki, direktor onun övladlarını məktəbə buraxmayacağı ilə hədəldəyib: “Dedi ki, uşaqlarının ikisini də məktəbə buraxmayacağam. Get hara istəyirsən şikayət elə”.
Ərşad