Polis “kitab oxuyaq” aksiyasına imkan vermədi

Buna etiraz edən gənclər aksiyaya «polis imkan versəydi, kitab oxuyardıq» adı verdilər

Dünən ölkənin gənclər təşkilatlarının bir qrup təmsilçisi mütaliəyə maraq yaratmaq üçün “kitab oxuyaq” aksiyası keçirib. Təmsilçilər Bakının mərkəzi Nizami (Torqoavı) küçəsindəki skamyalarda əyləşərək kitab mütaliə ediblər.
Daha sonra aksiya iştirakçıları Mirzə Fətətli Axundov adına Milli Kitabxannın qarşısında toplaşaraq kitabları başları üzərinə qaldıraraq əhalyə kitab oxumaq mesajı veriblər.
Polis gəncləri Nizami küçəsindən Milli Kitabxananın önündə toplaşana kimi müşayət edib, burada polis gənclərin aksiyasına müdaxilə edərək onlardan bir yerə toplaşmamğı tələb edib.
Buna cavab olaraq gənclər aksiyaya “kitab oxuyaq” yox, “polis imkan versəydi kitab oxuyardıq” adı veriblər.