Çudo Peçka”nın ən böyük kafe-mağazalardan biri bağlandı

cudo pecka“Çudo Peçka” MMC-nin ən böyük kafe-mağazalardan biri bağlanıb.

MMC-nin Azərbaycan prospektində yerləşən kafe-mağazası manatın devalvasiyasından sonra yaranan iqtisadi çətinliyin “qurbanı” olub. MMC-yə məxsus digər kafe-mağazalarda xeyli sayda ixtisarlar olub. MMC-nin kafe-mağazaları ilə yanaşı baş ofisində də ixtisarlar aparılıb.

Qeyd edək ki, bu şəbəkənin “İnşaatçılar”, “İçərişəhər”, “Sahil”, “28 May”, “Nəriman Nərimanov”da iki, “Qara Qarayev”, “Əhmədli”, “Elmlər Akademiyası” və “Neftçilər” metrostansiyalarının çıxışlarında da kafe-mağazaları var.

Xatırladaq ki, “Çudo Peçka” şəbəkəsi 2000-ci ilin əvvəllərində iş adamı Çingiz Cəlilov tərəfindən qurulub. İlk fəaliyyətə başladığı vaxtlarda böyük müştəri axını görən “Çudo Peçka” şəbəkəsi sonradan müştəri itirməyə başlayıb. (musavat.com)