MTN Elman Rüstəmovu da həbs etmək istəyibmiş…

adil ismayilovHəbsdəki generalın ailə üzvləri dövlət başçısına müraciətdə nələr yazıb?

Adil İsmayılov: “Zakir Nəsirov işlədiyi nazirliyin rəhbərliyinə qarşı oyunda özünü qurban verdi

Daxili İşlər Nazirliyinin (N) keçmiş baş əməliyyat müvəkkili, bir sıra qətllər adam oğurluqlarına görə ömürlük azadlıqdan məhrum edilmiş Hacı Məmmədov ötən ilin oktyabrında MTN olaylarından sonra sensasion açıqlamalarla yenidən gündəmə gəldi. Hacı Məmmədov ailə üzvləri vasitəsilə bəyan etdi ki, vaxtilə MTNin sabiq rəhbərliyinin təzyiqi altında yalan ifadələr verib. O, xüsusən Nin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovun əleyhinə ifadələrinin həqiqətə uyğun olmadığını bəyan etdi.

Bundan sonra Hacı Məmmədovun yaxınları yeni vəkillə müqavilə bağladı. İndi isə məlum olur ki, onun vəkili Afət Qazıyeva sözügedən cinayət işinin təzələnməsi, yenidən araşdırma aparılması üçün aidiyyəti orqanlara müraciət edib. Vəkilin sözlərinə görə, hələlik müraciətə cavab yoxdur.

Hacı Məmmədov digərlərinin barəsindəki cinayət işinin yenidən araşdırılmasının mümkün olubolmaması, yalan ifadələrin ortaya çıxmasının səbəbləri s. məsələlər haqda Zakir Nəsirovun vəkili Adil İsmayılovla söhbətləşdik:

Hacı Məmmədov Ali Məhkəməyə müraciət edib

Bir müddət əvvəl məlumat yayıldı ki, Hacı Məmmədov olayları yenidən araşdırılır. Həmin cinayət işində əsas fiqurlardan biri olan Zakir Nəsirovun vəkili kimi, sizdə bu barədə hər hansı məlumat varmı?

Mən yalnız KİV bu barədə oxumuşam, başqa məlumatım yoxdur. KİVdən oxuduqlarımdan bilirəm ki, Hacı Məmmədov müraciət edərək, MTNin sabiq rəhbərliyinin təzyiqi altında həqiqətə uyğun olmayan ifadələr verdiyini deyib. O cümlədən Zakir Nəsirov barədə deyib ki, onun bu işdə iştirakı olmadığı halda, əleyhinə ifadə verib. Məlumatım bu qədərdir. Əlavə bildiyim odur ki, bununla əlaqədar Hacı Məmmədovun vəkili Ali Məhkəməyə müraciət edib.

Müraciət bu üzrə əvvəlki qərarların ləğv edilib işə yenidən baxılması haqdadır?

Yeni açılmış hallara görə işə yenidən baxılması mümkündür. Yeni açılmış hallarla əlaqədar müraciət isə həm təqsirləndirilən şəxslər tərəfindən ola bilərdi, həm hüquqmühafizə orqanları tərəfindən. Konkret olaraq, bu gün bizimZakir Nəsirovun ya onun vəkili kimi, mənim yeni açılmış hal barədə məlumat verməyimiz mümkünsüzdür, çünki bizə məlum olanları istintaq zamanı məhkəmə proseslərində demişdik. Hacı Məmmədovun isə deməsi barədə mətbuatdan oxuduqlarımızı məhkəməyə yeni açılmış hal kimi təqdim etməyi real görmürəm. Qəzetə istənadən müraciət eləməyimiz bir qədər yersiz olardı. Amma Hacı Məmmədovun özünün əvvəllər müəyyən səbəblərdən yalan ifadə verməsi barədə Ali Məhkəməyə müraciət etməsi mümkündür. Mənim eşitdiyimə görə, belə bir müraciət var.

Cahangir Hacıyevin ailəsinə qarşı cinayətdə Elman Rüstəmovdan istifadə cəhdi

Hacı Məmmədovun əvvəlki ifadələrində yalan danışması barədə etirafından sonra müvafiq orqanlardan Zakir Nəsirovla görüşən olubmu?

Mənim bildiyim qədər heç kim görüşməyib. Qanuna görə, tərəfin, bu halda, konkret Hacı Məmmədovun müraciəti varsa, o, baxılması üçün Ali Məhkəmənin hakimlərindən birinə verilir. Həmin hakim Ali Məhkəmənin sədrinə müraciət edir. Sədr öz növbəsində Respublika Prokurorluğuna müraciət edir. Respublika Prokurorluğu da araşdırma apara bilər. Belə bir araşdırma aparılsa, onun nəticəsi Ali Məhkəməyə daxil olur. Nəticəyə həmin hakim baxır. Əgər o nəticəyə gəlsə ki, bu işə yenidən baxıla bilər, bu halda, Ali Məhkəmənin Plenumuna çıxarılır. Plenum vaxtilə Ali Məhkəmənin bu üzrə çıxardığı qərarı ləğv edir apellyasiya məhkəməsinə qaytarılır. Sonrakı mərhələdə apellyasiya məhkəməsində bu işə baxıla da bilər, birinci instansiya məhkəməsinə ya istintaqa da qaytarıla bilər. Təcrübədə belə işlər olub. Son nəticədə istintaqa qaytarılıb istintaq orqanı yenidən araşdırma aparıb.

Hacı Məmmədovun adından yayılan məlumatda bildirilirdi ki, o, Zakir Nəsirova qarşı ifadələrini MTNin sabiq rəhbərliyinin təzyiqi altında verib. Zakir Nəsirovun MTN rəhbərliyilə problemi vardı?

Zakir Nəsirov özü məhkəmə prosesində deyirdi ki, ona o vaxt müxtəlif təkliflər olmuşdu. Məsələn, ona təklif olunmuşdu ki, Daxili İşlər Nazirliyi rəhbərliyinin Hacı Məmmədovu himayə etməsi bu işlərdən xəbəri olması haqda ifadə versin. Zakir Nəsirov da demişdi ki, mən belə bir ifadə verə bilmərəm. Zakir Nəsirova belə bir ifadə vermək təklif olunmuşdu ki, guya, Cahangir Hacıyevin həyat yoldaşının oğurlanmasını Mərkəzi Bankın sədri sifariş verib. Zakir Nəsirov buna da getmədi. O, hər dəfə təkrar edirdi ki, mən olmayan bir şey barədə ifadə verməyəcəm. Hesab edirəm ki, Zakir Nəsirovun eləmədiyi cinayətə görə bu gün həbsdə saxlanmasının səbəbi odur. Əgər vaxtında o təkliflərə razılıq versəydi, çox güman ki, bu gün həbsdə olmayacaqdı. Çünki hələ o vaxt ona deyilmişdi ki, bu ifadələri verməsən, sonda ömürlük həbs cəzası alacaqsan. Dediklərini elədilər.

Niyə məhz Zakir Nəsirovu seçdilər?

Hacı Məmmədov əməliyyat müvəkkili idi. Hacı Məmmədovdan sonra onun işlədiyi şöbənin rəisi Kamil Sədrəddinov həbs olundu. Bundan yuxarı artıq həmin şöbənin daxil olduğu Baş CinayətAxtarış İdarəsinin rəisi gəlirdiZakir Nəsirov. Sonrakı mərhələlərdə daha yuxarınazir müavinləri, nazir gəlir. Bu qaydada da gedirdilər. Amma Zakir Nəsirov da bu xətt dayandı. Amma Zakir Nəsirov ondan tələb olunan ifadəni versəydi, davam edəcəkdi. Belə deyək, Zakir Nəsirov işlədiyi nazirliyin rəhbərliyinə qarşı qurulmuş oyunda özünü qurban verdi.

O vaxt Eldar Mahmudovun sözü keçirdi

Aydın məsələdir ki, Azərbaycan kimi ölkələrdə bir generalın həbsi üçün dövlət başçısının razılığı olmalıdır. Hacı Məmmədov olaylarının üstü açılandan bir müddət sonra Ramil Usubov media nümayəndələrinin iştirakı ilə keçirilən bir toplantıda açıq şəkildə dedi ki, Zakir Nəsirovun bu cinayətdə əli olduğuna inanmır. Necə olur, bir nazir dövlət başçısını onun cinayətkar olduğuna inandırır, amma digər nazir onun günahsızlığına inandıra bilmir?

Bir anlıq o vaxtkı vəziyyəti gözünüzün qarşısına gətirin. Hacı Məmmədov dəstəsinin bu cinayətləri törətdiyi şübhə doğurmur. Hacı Məmmədov dəstəsinə ittiham verilmiş cinayətləri onların icra etdiyinə şəxsən mənim şübhəm yox idi. Hacı Məmmədov dəstəsinin həbsindən bir neçə gün sonra həm Zakir Nəsirov, həm daxili işlər nazirinin o vaxtkı birinci müavini Zahid Dünyamalıyev istefa verdi. Zakir Nəsirov bildirdi ki, “tabeliyimdə olan işçi bu cür cinayətlər törədib buna görə mənim ən azı, mənəvi məsuliyyətim var, çünki bunu vaxtında görməmişəm, qarşısını ala bilməmişəm“. Bundan sonra Zakir Nəsirov iki dəfə MTNə çağırılır o, heç yerə qaçmır, gedib sualların hamısına cavab verir. Orada onunla qeyrirəsmi olaraq, bir qədər əvvəl dediyim söhbətlər aparılır. Ümidvaram ki, gələcəkdə bu üzrə yenidən istintaq aparılacaq Zakir Nəsirov orada onunla hansı söhbətlərin aparılması barədə özü açıqlama verəcək. Bu gün bu haqda mənim danışmağım yersiz olar. Zakir Nəsirovdan istədikləri ifadələri ala bilməyəndən sonra dövlət başçısına məruzə olunur. İstintaq materiallarında maraqlı məqamlar var, Zakir Nəsirovun həbsi üçünsübutlaronun həbsindən bir gün əvvəl toplanıb. Bu da iki nazirlik arasındakı çəkişmənin nəticəsi idi. Razılıq almaq üçün bir günün içindəsübutlartoplayırlar. Görünür, o vaxt nazirlərdən biri o birisindən daha güclü olduğuna görə onun sözü keçib.

Dediyinizdən belə çıxır ki, Zakir Nəsirov iki nazirlik arasındakı çəkişmənin qurbanı olub?

Birmənalı belədir.

MTN-in qurbanlarından biri Zakir Nəsirovdu

Zakir Nəsirovla sonuncu dəfə vaxt görüşmüsüz?

Bu hadisələrdən sonra daha bir dəfə onu Hacı Məmmədovun ifadəsi əsasında istintaqa cəlb eləmək istədilər. Hətta Zakir Nəsirovu bir müddət MTNin istintaq təcridxanasına da gətirdilər. Fəxrəddin Piriyev adlı bir adamın qətlindən söhbət gedirdi. Guya, onun qətlini Abşeron Rayon Polis Şöbəsinin rəisi təşkil edib. Sonra həmin boş çıxdı, heç kimə ittiham verilmədi. O üzrə istintaqdan sonra Zakir Nəsirovla görüşümüz olmayıb. Amma ailəsi vasitəsilə əlaqəmiz olur.

Son əfv fərmanından əvvəl yayılan məlumatlarda bildirilirdi ki, prezidentə göndərilmiş siyahıda Zakir Nəsirovun da adı olub. Əfv üçün müraciət edibmi?

Zakir Nəsirov özü müraciət etməyib, bildiyimə görə, ailə üzvləri tərəfindən belə bir müraciət olmayıb. Sadəcə, heç bir cinayət törətmədiyi halda, həbsdə saxlanılan adamın tez bir zamanda azadlığa buraxılması vacibdir biz hesab edirdik ki, bu vəziyyətdə ən yaxşı çıxış prezident tərəfindən Zakir Nəsirov barədə əfv fərmanı ola bilərdi. Zakir Nəsirov həbsdən çıxardı, ən azı, bu adam azadlığa buraxılmağı haqq edir. Bundan sonra həmin üzrə prosedur davam edə bilərdi. Hesab edirdik ki, bu addım atılmalıdı, çox təəssüf ki, olmadı.

Digər tərəfdən, MTN olaylarından sonra Zakir Nəsirovun ailə üzvləri prezidentə müraciət ediblər. Müraciətdə göstəriblər ki, Zakir Nəsirov MTNin sabiq rəhbərliyinin qanunsuz əməllərinin qurbanı olub. Hələ ki, konkret heç bir cavab gəlməyib. Amma mənim bildiyimə görə, MTNin sabiq rəhbərliyinin qanunsuz əməlləri haqqında bütün müraciətlər Respublika Prokurorluğunda xüsusi komissiya tərəfindən araşdırılır. O məlumatların bir hissəsi istintaqa göndərilir, təsdiqini tapmayanlar barədə isə müraciət sahiblərinə məlumat verilir. Zakir Nəsirovun ailə üzvlərinə hələ ki, heç bir məlumat verilməyib.

Hacı Məmmədov olayları yenidən araşdırılsa, onun yalan ifadələr verdiyi haqda deyilənlər təsdiqini tapsa, bu halda, həmin cinayət işini araşdırmış istintaqçıların, o üzrə hər üç məhkəmə instansiyasında qərar vermiş hakimlərin məsuliyyəti nədən ibarət ola bilər? Qanunvericilik deyir?

Mən bu cür məsələləri təkcə Hacı Məmmədov işilə bağlamaq istəməzdim. Bu günə qədər Azərbaycanda bu cür yanlış məhkəmə qərarlarına görə cinayət məsuliyyətinə cəlb olunan bircə adam yoxdur. Bu da cəzasızlıq mühiti, adamlarda bir arxayınlıq yaradır istədikləri qanunsuz qərarları verirlər. Vəkil kimi çıxdığım başqa işlər var ki, hakim , dövlət ittihamçısı da həbs olunan şəxsin günahsız olduğunu bilir, amma axıra qədər sözlərinin üstündə durub, təqsirsiz adam barədə ittiham hökmü çıxarırlar. Qanun birbaşa yazır ki, biləbilə qanunsuz hökm ya qərar çıxarmaq, təqsirsiz adamı həbs eləmək cinayət məsuliyyəti yaradan hallardır. Gectez bu tendensiyayadurdeyilməli, lazımi addım atılmalıdır. Konkret olaraq, Hacı Məmmədovun işində biz dəfələrlə dedik, özümüzü yorduq ki, Zakir Nəsirovun təqsiri yoxdur, amma nəticəsi olmadı. Bəzən deyirlər ki, “biz bilirik, adamın cinayəti yoxdur, amma heç eləyə bilmirik“. Bunun bir sonu olmalı, adamlar hərəkətlərinə görə məsuliyyət daşımalıdılar.

Zakir Nəsirovladanışıq aparanlarda həbs olunub

MTN ətrafındakı məlum olaylardan sonra bu strukturda çalışmış xeyli adam həbs olundu. Onların arasında Zakir Nəsirovun həbsində, onunla bağlı istintaqda iştirak etmiş adamlar varmı?

Bəli, Zakir Nəsirovla danışıq aparan onun işi üzrə istintaqda iştirak etmiş adamlardan həbs olunanlar var.

– “Danışıq aparandeyəndə ona əvvəl qeyd etdiyiniz təklifləri edənləri nəzərdə tutursunuz?

Bəli.

Ümumiyyətlə, siz Hacı Məmmədov digərlərinin işi üzrə perspektivi necə görürsüz?

Çalışmaq lazımdır ki, Zakir Nəsirov tez bir zamanda azadlığa çıxmasına nail olaq. Bunu da dövlət orqanları eləməlidir. Ən azı, ona görə ki, dövlət qarşısında müəyyən xidmətləri olan adamdır. Üstəlik, yaşı da az deyil, 1947-ci il təvəllüdlüdür, bu günsabah 70 yaşı tamam olacaq.

Aytən Məmmədova