“Azərbaycan saatı” indi mobil telefonlarda FOTO

azsaat-loqo“Azərbaycan saatı” proqramının izləyiciləri üçün xoş xəbər var. İndi onlar mobil telefonlarında da sevimli proqramlarını rahatlıqla izləyə bilərlər. Belə ki, Android tipli telefonlar üçün “Azərbaycan saatı”nın yükləmə tətbiqi işə salınıb. İsitfadəçilər play market-ə daxil olaraq, “Azərbaycan saatı”nı telefonlarına yükləyə bilərlər. Yükləmə pulsuzdur.

“Azərbaycan saatı”nın proqramını yükləməklə eyni zamanda “Azadlıq” qəzetinin veb səhifəsi də yüklənmiş olacaq və istifadəçilər bir proqram üzərindən hər iki resursa daxil ola biləcəklər.

Yükləmə üçün play market-in axtarış yerinə azerbaycan saati yazıb, proqram tapın və yüklənməsinə start verin (foto1).

Yükləmə başa çatandan sonra prqoram ekranda görünəcək (foto2).

Proqramın üzərinə vurmaqla “Azərbaycan saatı”nın videokanalına daxil olacaqsız (foto3).

“Azərbaycan saatı”ndan “Azadlıq”ın saytına kçeid üçün yuxarı sol küncdəki düyməni vurun (foto3) və açılan lövhədə “Azadlıq.info”nu seçin (foto5).