Çin valyuta ehtiyatlarının 13%-ni itirib

cin-valyuta2015-ci ildə Çinin qızıl-valyuta ehtiyatları 13,3% və yuxud 512,7 milyard dollar azalaraq 3,33 trilyon dollara düşüb. Bu barədə Çin Xalq Bankından bildirilib. Məlumata görə, təkcə dekabr ayında azalma 108 milyard dollar təşkil edib. Məsələ ondadır ki, Çin hökuməti ölkənin milli valyutası olan yuanın dollar qarşısında məzənnəsini dəstəkləməyə qərar verib, son nəticədə dollar ehtiyatları valyuta bazarına buraxılıb.

 

(fins.az)