Türkiyə 89 ölkənin vətəndaşlarına viza rejimi tətbiq edəcək.
Bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, viza rejimi tətbiq ediləcək dövlətlər arasında Azərbaycanla yanaşı, Gürcüstan, İran, Qazaxıstan, Qırığızıstan, Türkmənistan, Rusiya, Tacikistanın da adları var.
Məlumata görə, viza rejimi 2016-cı ilin iyunundan tətbiq ediləcək.
Qeyd edək ki, viza rejiminin tətbiqi Avropa İttifaqının Türkiyə qarşısında qoyduğu tələblərdəndir.
Türkiyənin 2016-cı ilin iyun ayından etibarən Azərbaycana qarşı viza rejimi tətbiq edəcəyi gözlənilmir. Bu barədə Trend-ə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Nazirlikdən deyiblər ki, Türkiyənin ölkəyə gələn Azərbaycan vətəndaşlarına viza tətbiq edəcəyi haqqında məlumat XİN-ə daxil olmayıb və Azərbaycan vətəndaşlarına qarşı hər hansı viza dəyişikliyi ediləcəyi gözlənilmir.
Qeyd edək ki, bu gün Türkiyə KİV-lərində yer alan məlumata görə, 2016-cı ilin iyun ayından etibarən Avropa İttifaqının tələbinə əsasən Türkiyə Azərbaycan da daxil olmaqla 89 ölkəyə viza rejimi tətbiq edəcək.