Dünən və bu gecə Brent nefti 8,5%-ə yaxın ucuzlaşıb. Yanvarın 4-də neftin qiyməti 38 dollar civarında idi. Bu gecə brent neftinun barrelinin qiyməti 33,21 dollara, ABŞ xam nefti (WTI) isə 33,17 dollara düşüb.
Bakı vaxtı ilə saat 11.30-a olan məlumata görə, brent markalı neft dünya bazarında 32.8 dollar olub.
Neftin ucuzlaşmasının əsas səbəbi Çin iqtisadiyyatının zəifləməsidir. Çində sənayeyə dair açıqlanan bir məlumatın mənfi çıxmasından və Çinin yuanı dollar qarşısında 5 ilin ən aşağı səviyyəsinə salandan sonra, Çin və qlobal birjalarda satışlar başlayıb.
Dünən ABŞ-da rəsmi neftbaza məlumatları açıqlanıb. İqtisadçıların proqnozlarına görə, Enerji İnformasiya İdarəsi tərəfindən açıqlanan neft ehtiyatları göstəricisinin 439, 000 -500,000 barel artması gözlənilirdi. Lakin ehtiyatlar əksinə, 5,085 milyon barrel azaldı. Ehtiyatlar azaldığından neftin qiymətinin qalxacağı gözlənilirdi. Lakin, neft ucuzlaşmasını davam etdirib.
Qlobal təklif çoxluğunun olduğu bir şəraitdə, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) hasilat kvotasını sərbəst buraxıb.
Citigroup və UBS kimi dünyanın iri investisiya banklarının analitikləri neftin qiymətinin qarşıdakı aylarda 30 dollara düşəcəyini proqnozlaşdırırlar (marja).