Bazarlar Çinin “şok” devalvasiyası ilə sərt düşdü

sehmAsiya səhmləri və pul vahidləri və neft, Çin Mərkəzi Bankının (PBOC) yuanın istinad məzənnəsindəki şok devalvasiyasının təsiri ilə sərt şəkildə aşağı düşüb.

Çin səhmlərində əməliyyatlar, CSI 300 İndeksində itkilərin 7%-i aşmasının ardından, bu həftə ikinci dəfə dayandırılıb.

MSCI Asiya Sakit Okean İndeksi üç ayın ən aşağı səviyyəsinə enib və Bloomberg-JPMorgan Asiya Dollar İndeksi Aprel 2009-dan bu yana ən zəif səviyyəsinə düşüb. Şanxay və Şenzendə əməliyyat görən və böyük sərmayəli şirkətləri ehtiva edən CSI 300 İndeksi 7 faiz aşağı düşüb.

Honq Konqda əməliyyat görən (offshore) yuan, dollar qarşısında beş ilin ən aşağı səviyyəsinə enib. Xam neftin qiymətləri son 20 ilin ən aşağı bağlanışına istiqamət alıb (33 dollara düşüb).

 

(marja)