QOÇ
Xırda anlaşılmazlıqlar özünü biruzə verəcək, amma narahat olmağa dəyməz. Çünki sülhü tezliklə bərqərar edəcəksiniz. Bu gün çalışın ki, çox da diqqət mərkəzində olmayasınız. Əks halda, tərif deyil, tənqid eşidəcəksiniz.
BUĞA
Gün müxtəlif eksperimentlər üçün yararlıdır. Günün emosional mənzərəsi stabil olacaq. Yaxşı əhvalınız və yaxınlarınızla ünsiyyət günün sevindirici tərəflərindən biridir. Gün istənilən ailə tədbirləri üçün də münasib sayılır.
ƏKIZLƏR
Maraqlı məqamlar vəd edən əla gün olacaq. Səyahətlə, istrahətlə bağlı olan çoxdankı planınızı reallaşdıracaqsınız. Bu günə romantik görüş təyin edə bilərsiniz. Ulduzlar gününüzü evdə keçirməyin əleyhinədir. Çünki sizin yeni təəssüratlara ehtiyacınız var.
XƏRÇƏNG
Bu gün qətiyyən stress keçirmək olmaz. Yaxşı olar ki, gününüzü sakit keçirəsiniz. Şəraiti dəyişmək istəyi baş qaldıracaq, amma bu, məsləhət deyil. Kulinariya ilə bağlı eksperimentləri də sonraya saxlayın. Çünki allergik reaksiyalar ola bilər. Bu üzdən həm də təmir işləri gedən məkanlarda çox qalmayın.
ŞIR
Yenilik axtarışındasınız. Amma ağlınıza yeni ideya gəlmir. Ailədə fikir ayrılığı yaşanacaq. Sizin bugünkü həyat tərzinizdən narazı olacaqlar. Qənaətcil olun, böyük məbləğli alış-verişə yol verməyin. Çünki bugünkü pul məsrəflərinizin acısını daha sonra çəkəcəksiniz.
QIZ
Ehtimal ki, problemləriniz olacaq. Günün hadisələri gözlədiyiniz kimi cərəyan etməyəcək. Bu üzdən də planlarınızı dəyişəcəksiniz, həm də tanışlarınıza verdiyiniz vədə xilaf çıxacaqsınız. Təəssüf ki, əlinizdən heç nə gəlməyəcək, çünki yaranmış şərait sizdən asılı olmayan səbəblər üzündəndir.
TƏRƏZI
Çox yaxşı gündür. Bu gün ağlınıza maraqlı fikirlər gələcək. Həm özünüzün, həm də başqalarının hərəkətlərini incələyəcəksiniz. Tanışlıq məsələsinə gəlincə, bu, sizdə asan alınır. Amma münasibətləri aydınlaşdırmaqda çətinlik çəkirsiniz.
ƏQRƏB
Bir balaca səy göstərsəniz, yaxınlarla aranızda yaranacaq mübahisədən qaçacaqsınız. Gün ailədaxili tədbirlərdən daha çox, dostluq görüşləri üçün münasibdir. Uzaq qohumlarla ünsiyyət xoşagəlməz nəticələr verəcək. Əmlakla bağlı məsələlərin müzakirəsi məsləhət görülmür.
OXATAN
Çətin ki, gün sizin ümidlərinizi doğrultsun. Çünki onun cansıxıcı və “boş” olacağı gözlənilir. Günün ikinci yarısında səhhətinizin pisləşəcəyi bildirilir. Əhvalınız isə əksinə, yaxşı olacaq. Mənasız məsələlərə görə narahatlıq keçirməyin, cavab tapmadığınız sualları beyninizdən çıxarmağa çalışın.
OĞLAQ
Ailə üzvlərinizlə birlikdə vaxt keçirmək olar. Gün ictimai tədbirlər üçün əlverişli deyil. Ehtimal ki, gözlənilməz qonağınız olsun. Qonağın gəlişi əhvalınızı daha da yüksəldəcək. Yalnız çətinliyiniz maddi vəziyyətinizlə bağlı olacaq.
DOLÇA
Bəxti gətrənlər sırasındasınız. Gün çox sevinc gətirəcək. Çoxdan bəri darıxdığınız adamla görüşəcəyiniz ehtimal olunur. Bu gün yaradıcılıqla bağlı istənilən görüşü reallaşdıra bilərsiz. Maraqlı tanışlıq da gözlənilir.
BALIQLAR
Çətin və çox maraqsız gün gözlənilir. Bugünkü görüşləriniz ya təxirə salınacaq, ya da xoşagəlməz və faydasız nəticələnəcək. Işə gəlincə, burada fikrinizi cəmləməyə çalışsanız da, bu, sizdə alınmayacaq.

Günün ulduz falı (10.12.11)
•