Neft qiymətləri, ABŞ-da bu axşam açıqlanacaq və artım göstərməsi gözlənilən rəsmi neftbaza məlumatları öncəsi, iki həftənin ən aşağı səviyyəsinə düşüb.
Uzunmüddətli neft müqavilələri Nyu-Yorkda, Çərşənbə günü 2.2% düşüb.
Bloombergin sorğusuna qatılan iqtisadçıların proqnozlarına görə, bu gün Enerji İnformasiya İdarəsi tərəfindən açıqlanacaq neft ehtiyatları göstəricisinin 500,000 barel artması gözlənilir. Amerika Neft İnstitutunun məlumatlarına görə isə, neft ehtiyatları ötən həftə 5.6 milyon barrel azalıb, neft təklifi isə artıb. Analitiklər neft ehtiyatlarının 2,75 milyon barrel artacağını gözləyirdilər.
Neft, qlobal təklif çoxluğunun olduğu bir şəraitdə, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) hasilat kvotasını buraxmasının ardından, 2015-ci ildə də ucuzlaşıb və beləliklə tarixinin ən böyük iki illik dəyər itkisini həyata keçirib.
Citigroup Inc.-dan UBS Group Ag-yə qədər, analitiklər, xam neftin növbəti bir neçə ay ərzində 30 dollar həcminə düşməsini gözləyirlər.
Bakı vaxtı ilə 08:50-də Qərbi Texas nefti (WTI), Nymex bazarında 35.98 dollardan, Brent nefti isə Londonda ICE Futures Europe bazarında 36.47 dollardan alıcı tapıb. Dünən axşam Brent nefti 36,27 dollaradək düşmüşdü.
(marja)