Küveyt İrandakı səfirini geri çağırdı

kuveyt bayraqKüveyt İrandakı səfirini geri çağırıb. Buna səbəb İranın bu ölkədəki Səudiyyə Ərəbistanın diplomatik missiyasına hücum olub.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının 47 nəfəri edam etməsindən sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilib. Səudiyyə Ərəbistanı, ardınca Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Sudan da Tehrandakı səfirlərini geri çağırmışdı. Sudan, Bəhreyn və Səudiyyə Ərəbistanı İranın səfirini də qovub.