Dünyanın ən varlı 5 adamı dünən 8.7 milyard dollar itirib

dollarDünyanın ən varlı beş adamı Bazar Ertəsi günü, Çində zəif çıxan emal sənayesi göstəricisi və Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginliyin artması ilə əlaqədar olaraq qiymətli kağızlardakı sərt satışlardan sonra 8.7 milyard dollar itirib.

Dünyanın ən böyük onlayn pərakəndə satıcısı Amazon.com Inc.-ın qurucusu Jeff Bezos, şirkətin səhmlərindəki 5.8%-lik enişin ardından yaranan 3.7 milyard dollar itkiylə, Bloomberg Milyarderlər İndeksində 2016-ci ilin ilk iş günündə görülən itkilərə başçılıq edib. Bezosun sərvəti indi 56 milyard dollar səviyyəsinə enib.

Dünyanın ən böyük moda pərakəndə satıcısı Inditex SA-dakı 3.5%-lik enişin ardından, İspan Amancio Ortega-nın sərvəti 2.5 milyard dollar azalaraq 70.4 milyard dollara enib.

Berkshire Hathaway Inc. İcraçı Direktoru Uorren Buffett, Meksikalı Karlos Slim və dünyanın ən zəngin adamı Microsoft Corp.-un qurucularından Bill Gates, ümumilikdə 2.5 milyard dollar itirib.

Milyarder                   Günlük Dəyişiklik         Sərvəti       2015-ci ildə dəyişiklik

Jeff Bezos                    -$3.7 milyard             $56 milyard         +$31 milyard

Amancio Ortega          -$2.5 milyard             $70.4 milyard      +$11.8 milyard

Warren Buffett            -$870 milyon             $61.4 milyard       -$11.5 milyard

Carlos Slim                 -$868 milyon             $51.4 milyard       -$20.3 milyard

Bill Gates                    -$739 milyon             $83 milyard         -$2.8 milyard

Digər tərəfdən, dünən ən çox qazanan Carl Icahn olub. Icahnın sərvəti 210.4 milyon dollar artaraq 20.1 milyard dollara çıxıb.

Bloomberg Milyarderlər İndeksi dünyanın ən varlı 400 adamını gündəlik olaraq izləyir və bu 400 nəfər dünənki azalmalarda cəmi 82.4 milyard dollar itirib.

 

(marja)