UBS: Neft 30 dollara qədər düşəcək

neftİsveçrə bankı UBS, 2016-cı ilin birinci yarısında Brent markalı neftin barelinin qiymətinin 30 dollara qədər düşə biləcəyini proqnozlaşdırır.

Bunu, Bloomberg agentliyinə müsahibəsində UBS Wealth Management-dən analitik Dominik Şnayder bildirib.

Analitikin sözlərinə görə, 2016-ci ilin birinci yarısında ABŞ-da neft hasilatı azalmağa başlayacaq, əgər bu baş verərsə, onda bazarda qiymətlər stabilləşə bilər.

Şnayderin fikrincə, İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin kəskinləşməsi fonunda baş verən qiymət artımı iki həftə davam edə bilər.

Bazar ertəsi ICE london birjasının elektron hərraclarında Brent neftinin qiyməti 38,50 dollara qədər artıb. Amma sonra neftin qiyməti 37,22 dollara qədər düşüb.

Neft 2014-ci ilin yayından ucuzlaşır və onun dəyəri 2015-cu ildə 35% düşüb.

 

(marja)