Balakəndəki zavodda baş verən partlayışın səbəbi bilindi Yenilənib FOTO

azeryem-balaken-zavod

Balakəndə “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisində partlayış qazanxanada olan qazanın üzərində yerləşdirilmiş qoruyucu klapanın işləməməsi səbəbindən baş verib.

Bunu “Report”a istilik sistemləri üzrə mütəxəssis İsa Əsgərov deyib.

O bildirib ki, klapanın işləməməsi səbəbindən qazanda yüksək təzyiq və par əmələ gəlib. Nəticədə partlayış hadisəsi olub.

***

Balakəndə zavodda partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bu barədə məlumat daxil olub. Daxil olan məlumatda bildirilir ki, yanvarın 4-də təxminən, saat 10:30-da Balakən şəhərində “Azəryem Sənaye MMC”-yə məxsus zavodun ərazisindəki qazanxanada partlayış baş verib. Hadisə nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib.

Hazırda FHN-in və digər dövlət orqanlarının mütəxəssisləri hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır. (ans)