Çinin göstərici indeksi CSI300-də 2016-ci ilin ilk seansında enişin 7%-ə çatmasının ardından günün qalan hissəsində əməliyyatlar dayandırılıb.
Səhmlərdəki satışlar, Çində istehsalın ardıcıl 10-uncu ay gerilədiyini göstərən məlumatların ölkə iqtisadiyyatının 2016-ya daha sabit girəcəyi gözləntilərinə zərbə vurması ilə sürətlənib.
Həmçinin investorlar ötən yay baş verən bazar süqutu zamanı müəyyən şirkətlərin ən böyük səhmdarlarına qarşı tətbiq olunan səhm satışı qadağasının başa çatacağı tarixin yaxınlaşması ilə əllərindəki səhmləri çıxarır.