Səudiyyə İranla əlaqələri kəsdi

Səudiyyə Ərəbistanı İranla əlaqələri kəsir. Bunu ölkənin xarici işlər naziri Adil əl-Cübeyr mətbuat konfransında bəyan edib. Cübeyr bildirib ki, İranla diplomatik əlaqələri kəsirlər. İranlı diplomatlar isə 48 saat ərzində ölkədən çıxmalıdırlar.

XİN başçısı qeyd edib ki, İranda Səudiyyə Ərəbistanı səfirliyinə və konsulluğuna olan hücumlar beynəlxalq hüququn aşkar pozulmasıdır və ölkəsi bununla bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib. Cübeyr həmçinin, İran polisini hücumlar zamanı təhlükəsizlik tədbirləri görməməkdə ittiham edib.