Moskvanın Domodedovo hava limanının anqarında yanğın baş verib. Yanğın nəticəsində, ən son məlumatlara görə, 4 nəfər ölüb. 2 nəfər də müxtəlif yanğın xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. Hazırda yanğın söndürülüb. Yanğın 800 kvadrat kilometr sahəni əhatə edib.
Rusiya İstintaq Komitəsi yanğın nəticəsində insan ölümü faktı ilə əlaqədar istintaqa-qədər araşdırmaya başlayıb. Hadisə yerində kriminalistlər işləyir. Cinayət işinin açılmasına dair qərar veriləcək.
Məlumatı “RİA Novosti” agentliyinə istinadla “ans press” yayıb.