Bu gün yenidən Brent nefti 3% ucuzlaşaraq 36,68 dolları, ABŞ xam nefti isə 36,47 dolları görüb.
Neftin ucuzlaşması ABŞ-da bazalarda xam neft ehtiyatlarının artmasıdır. Analitiklər ABŞ-da ötən həftə neft ehtiyatlarının 2,5 milyon barrel azalacağını gözlədikləri halda, əksinə, ehtiyatlar 2,6 milyon barel artıb.
ABŞ-da xam neft ehtiyatları 487,4 milyon barel ilə 80 ilin ən yüksək səviyyəsinə yaxın qalır.
(marja)