Rusiyanın maliyyə naziri Anton Siluanov, 2016-ci ildə neftin qiymətinin orta hesabla 40 dollar/barrel olmasını gözlədiklərini deyib.
Siluanov etdiyi açıqlamada, “Neft qiymətlərində hər cür inkişafa qarşı hazırlıqlı olmalıyıq. Bizim proqnozumuz gələn il neftin orta qiymətimim 40 dollar/barrel ətrafında olacağı istiqamətindədir. Hazırlıqlarımızı bu proqnoza görə, edirik” deyə bildirib.
Siluanov açıqlamasında həmçinin bu il 13%-dən çox reallaşması gözləndiyi inflyasiyanın 2016-da 6-7 faiz səviyyəsinə geri çəkiləcəyini təxmin etdiklərini də vurğulayıb.
(marja)