Bu prosesə son verməmək ölkənin sonuna çıxa bilər
Bu günkü Azərbaycanın istər siyasi, istərsə də iqtisadi gerçəklikləri ağır təəəssüratlarla zəngindir. Bütün dünyanın üzünə mərmər və qızıl şəklində çıxarılan ölkənin simasından maska götürüldükcə xalqın dilənçi kökünə salındığı, çıxmazlıq və əlacsızlıq aşkar görünür. Əhalini maraqlandıran əsas sual da ortalıqdadır: “Daha bir günü necə yola vermək vədaha bir günü necə yaşaya bilmək?”.
Amma bu gün baş verənlər bir- iki günün və ya ayın doğurduğu böhranın görüntüləri deyil. Bu bəlaların məbəyi korrupsiyadadır. Artıq az qala yarım əsrdir ki, xalqın sərvətləri Allahsız şəkildə talan edilir. On illərdir ki, dövlət məmurlarının hüdudsuz siyahısı dövlət büdcəsi ilə dibsiz qızıl quyusu kimi davranmaqdadırlar.
Bunları ürək ağrısı ilə qeyd etməmək olmurş Ölkədə iqtisadiyyat və bank sistemi yoxdur, məhkəmə- hüquq sistemi yoxdur, səhiyyə sistemi yoxdur, təhsil sistemi çökdürülüb, azad biznes yoxdur, vətəndaşların azad seçki hüququ yoxdur və ümumiyyətlə, azadlıqlar bir sistem olaraq yoxdur. Baxın, sıradan bir həkim və ya müəllim sabah öz övladlarını nə ilə yedirəcəyini bilmir; sahibkarlara baxın ki, hüdudsuz və qaydasız bürokratiyanın müəyyən etdiyi nırx və “otkat” sisteminin altında can verir, gəncliyə baxın ki, ləyaqətli həyat və dürüst təhsil axtarır, amma tapa bilmir; ölkədə iş yoxdur və heç nə yoxdur, hər şey qəhətə çəkilib…
Azərbaycanın neft erasından əlinə gəlib çıxa bilən aktivləri hər saatbaşı əriyir. Bu üzücü gedişatın doğurduğu yekun budur ki, iqtisadiyyat insanların və dövlətin özünün həyat şərtlərini təmin edə bilmir.
Xalqımızın daha yaxşı, bundan çox yaxşı yaşamaq haqqı var. Zaman isə gözləmir. Keçən hər gün ölkəmizə daha çox zərbə vurur və daha çox gələcək oğurlayır. Millət təşkilatlnmalıdır. Siyasi dustaqların azadlığına və siyasi həbslərə son verilməsinə nail olmaq, Millli Şurann ətrafında birləşmək, Azərbaycanda böyük islahatlar dövrünə qətiyyətlə qədəm basmaq lazımdır. İslahatlar isə yeni dövrün nəbzini tutmağı bacaran,yeni dövrün tələblərini anlayan yeni kadr bazası ilə başlaya bilər. Biz inanırıq və bilirik ki, bunlar mümkündür.
Yalçın Qəhrəmanoğlu
Milli Şura üzvü
Kiyev