Aleksandr Motıl: «Ancaq bu üç keçmiş sovet respublikasında insanlar demokratik dəyərlərdən üz çevirməyiblər»
SSRI-nin dağılmasından 20 il sonra ABŞ-da bəzi analitiklər və diplomatlar Cənubi Qafqaz ölkələrinin inkişafının gedişi və perspektivləri, habelə onların yürütdükləri siyasətlə bağlı narahatlıqlarını bildirirlər. Xüsusən, Cənubi Qafqazda həll olunmamış münaqişələrin sabitliyə və dövlət quruculuğu məsələlərinə təsir göstərməkdə davam etməsi fikri var.
Digər tərəfdən, sıravi vətəndaşlar kənarda qaldığı halda, siyasi və biznes-elitalar bütün rifahlardan istifadə edir.
“Bununla belə, bu üç keçmiş sovet respublikasında insanlar demokratik dəyərlərdən üz çevirməyiblər, bundan başqa, onlar demokratiyanın əsas elementlərini, o cümlədən ədalətli məhkəmə sistemi və azad KIV əldə etməyə çalışırlar”, deyə Azərbaycanda işləmiş keçmiş Amerika diplomatlarından biri “Turan”ın müxbirinə bildirib.
Məşhur amerikalı analitik Aleksandr Motıl Sovet Ittifaqının Qafqazda özündən sonra nə qoyduğunu müzakirə edir.
Postsovet məkanında rejimlərin əksəriyyəti avtoritardır, korrupsiyaya uğramışdır və məşhur deyil. Bu cəmiyyətlər təhsilli, müasir, həmçinin yoxsul vətəndaşlardan ibarətdir. Bu, ortamüddətli və uzunmüddətli gələcəkdə qeyri-sabit ahəngdir”, deyə o qeyd edib. Yaxın on ildə regionu nə gözlədiyi barədə suala cavabda o deyib ki, bu ölkələr demokratik, daha az korrupsiyaya uğramış və iqtisadi cəhətdən daha çox çiçəklənən olsaydı, onların sabitliyini və böyük geosiyasi əhəmiyyətini proqnozlaşdırmaq olardı. Deməli, onlar avroatlantika oyunçuları üçün daha cəzbedici ola bilərdi. Lakin indiki halda bu şərtlər yoxdur.