Hökumət tibb müəssisələrini özəlləşdirməyi planlaşdırır

eli ehmedov

Görəsən, həqiqətən yerli və xarici investorlar cəlb olunacaq, yoxsa dövlət müəssisələri kimlərəsə peşkəş veriləcək?

YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib ki, bəzi ölkələrdə səhiyyə daha çox dövlətin nəzarətindədir. “Trend”ə müsahibəsində bu barədə danışan Əli Əhmədov Azərbaycanda da əhəmiyyətli bir dövrdə qarışıq formadan istifadə olunacağını bildirib.

Əli Əhmədov qeyd edib ki, Azərbaycan bu dövlət müəssisələrinə həddindən çox maliyyə vəsaiti sərf etdiyindən onların satışa çıxarılması o qədər real görünmür. Çünki müəssisələrin əksəriyyəti təmir və yeni avadanlıqlarla təchiz edildiyindən onlar kifayət qədər baha qiymətə satılmalıdır. Buna görə də həmin müəssisələr ən azı, amortizasiya dövrü keçənə qədər dövlət müəssisəsi olaraq qalacaq: “Güman edirəm ki, gələcəkdə bu müəssisələrin yenidən qurulması məsələsi ortaya çıxanda Azərbaycan dövləti də bir çox ölkələrin, o cümlədən qonşu ölkələrin praktikasına uyğun şəkildə, bütün dövlət tibb müəssisələri olmasa da, əhəmiyyətli bir hissəsini özəl sektora vermək haqqında qərar çıxaracaq”.

Hüquqşünas Ələsgər Məmmədlinin fikrincə, özəlləşdirmə ilə bağlı addım olduqca gecikib. 20 ildir bu prosesin getdiyini deyən hüquqşünas, xərclərin şişirdildiyini, qeyri-effektiv idarəetmənin olduğunu yada salır: “Özəlləşdirmə prosesinin şəffaf aparılması arzuolunandır. Lakin təkbaşına, kiminsə yaxınına hansısa dövlət müəssisəsnin verilməsi yaxşı hal deyil. Bu addım vətəndaşların mənafelərinə birmənalı şəkildə zidd olacaq. Özəlləşdirmə baş verirsə, monopolist dövlət müəssisələrinə şamil olunmalıdır. ”Azərsu”, “Azərenerji”, “SOCAR” kimi təbii inhisarçılar hökmən parçalanmalıdır. Dövlət bu sektorda olan müəssisələri özəlləşdirəcəksə, onların müstəqil auditlər tərəfindən qiymətləndirilməsi aparılmalıdır. Ondan sonra prosesəəssisənin ən yüksək dəyərini ödəyən yerli və xarici investorların cəlb edilməsi mümkün ola bilər. Bu aspektdən özəlləşdirmə faydalı ola bilər. Əks halda, müəssisənin dəyər-dəyməzinə kiminsə yaxınlarına peşkəş verilməsi cəmiyyətin itkisi hesab olunacaq”.

Nigar