İki ali hərbi məktəbin fakultə səviyyəsinə qədər kiçildilməsi, hərbi təhsil – zabit hazırlığı sahəsində ciddi ixtisarların olacağından xəbər verir. İxtisarları, qənaəti, “israfçılıqla mübarizəni” məhz ordudan başlamaqları çox simvolikdir. Bu boyda şişmiş dövlət aparatı, bu qədər mənasız korrupsiya layihələri içində ordudan başqa heç bir sahədən kəsməyə, qənaət etməyə əlləri gəlmədi. Rejim öz mahiyyətinə sadiqdir




